Dünən aylardır haqqında yazılan icra başçısı Xaləddin İsgəndərov işdən çıxarıldı. Bəlkə də mübarək ayın birinci günündə bu, binəqədililər üçün ən xoş xəbər oldu
Əvvəlcə xatırladaq ki, bir müddət öncə onun vəzifəsindən uzaqlaşdırıldığı barədə ilk minval.info (xəbər burada) xəbər verdi. Əslində, elə o zamandan Xaləddin İsgəndərov işdən çıxarılmışdı. Zatən heç bir müsbət fəaliyyəti ilə yadda qalmayan sabiq başçı, dünənə qədər formal olaraq postunda sadəcə əyləşmişdi.
Onun işdən çıxarılmasından bəhs edilən məqalədə bunu sabiq nazir Fazil Məmmədovun vəzifəsini itirməsilə əlaqələndirdik. Sabiq nazir postundan uzaqlaşdırılandan bir qədər sonra yaxın qohumlarının işdən çıxarılması da bu faktı təsdiqlədi. Məsələn, F.Məmmədovun bacısının həyat yoldaşı Namiq Quliyev, qudası Namiq Əliyev, bacısı oğlu Elnur İsgəndərov yola salındı.
Elnurun atası Xaləddin İsgəndərov bir qədər yubansa da çox keçmədi ki, ismi adlarını sadaladıqlarımızın arasında yer aldı. Yeri gəlmişkən ata-bala gördükləri işlərilə sözün əsil mənasında Binəqədi rayonunun axırına çıxmışdı. Bu barədə ötən yazılarımızda qeyd etdik.
İndi isə növbə sabiq nazirə yaxınlığı ilə seçilən, həmçinin fəaliyyətilə dünən yola salınan Xaləddin İsgəndərovdan heç də geri qalmayan bölgədəki icra başçılarına…
İddiaya görə, sabiq icra başçısı adına layiq görüləcək isimlər arasında Gədəbəy, Şəmkir və Yardımlı icra hakimiyyətlərinin rəhbərləri yer alıb.
Öncə Bakıya məsafə baxımından yaxın olan cənub rayonun icra başçısı Rəcəb Babaşovda bir az bəhs edək. Təsadüfi deyil ki, Babaşov bu posta Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi vəzifəsindən gətirilib. Xaləddin İsgəndərovdan sonra onun da işdən çıxarılacağı qeyd edilir. Məbuatda Rəcəb Babaşovun adı müxtəlif maliyyə maxinasiyalarından tutmuş “MTN işi”nədək ən müxtəlif məsələlərdə hallanıb. Hətta Qazaxın icra başçısı olduğu dövrdə belə onun gömrük rəisi ilə əlbəyaxa dalaşdığı barədə xəbərlər yayılıb. Buna səbəb isə Babaşovun Gürcüstandan qaçaqmal yolu ilə siqaretlərin ölkəyə keçirmək istəyi göstərilir.
Şəmkirin icra başçısı Alimpaşa Məmmədov da Xaləddin İsgəndərovun dərd ortağına çevriləcək namizədlərdəndir. O da həmkarı kimi Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb. 2014-cü ildə isə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Məlumata görə A.Məmmədovun sabiq nazir ilə maraqlı tanışlığı onu bu vəzifəyə qaldırıb.
O, yüksək vəzifədə olmamışdan əvvəl toy məclislərində həm tamada, həm də ifaçı kimi çalışıb. Tanışlığa gəlincə, A.Məmmədov nazirin iştirak etdiyi toyda köhnə peşəsi ilə məşğul olub. O, təsadüfən nazirlə rəqs meydançasında üz-üzə gəlib və onunla bir neçə dəqiqə oynayıb. A.Məmmədov masa arxasına dönəndən sonra sabiq nazirlə rəqs etməyin onun üçün şərəfli olduğunu söyləyib və buna görə kövrəlib. Söhbət F.Məmmədova çatdıqdan sonra Alimpaşa Məmmədovun “yuxarı”lara doğru yolu açılıb.
Gədəbəyin icra başçısı Ramiz Yediyarov Fazil Məmmədov işdən çıxarılan gündən bu günə kimi narahatlıq içərisindədir. Dünən komandalarından daha bir nəfər “qırmızı vərəqə” ilə oyundan kənarlaşdırıldıqdan sonra Yediyarov özünə yer tapa bilmir.
O, icra başçısı təyin olunana qədər Şəmkir rayon Vergilər Şöbəsinin rəisi postunu tuturdu. R.Yediyarov da komanda yoldaşlarından heç də geri qalmayıb. Yuxarı-aşağı özünəməxsusluğu ilə seçilib. İddia edilir ki, icra başçısı əsasən sahibkarlara qarşı zülm etməsi ilə yadda qalıb.
Digər xəbərlər
loading...