Erməni Hüquqşünaslar Assosiasiyası ABŞ səfirliyində Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyanın xarici hesabları haqqında qalmaqallı informasiyanı yoxlamağa çalışıb
Virtualaz.org xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Amerika tərəfi Serj Sarkisyanın və onun ailəsinin bank hesablarının dondurulması haqda informasiyanı təkzib etməyib. Bunu Erməni Hüquqşünaslar Assosiasiyasının sədri Karen Zadoyan bildirib.
Daha əvvəl erməni KİV-ində Amerikada Serj Sarkisyanın və onun ailə üzvlərinin bank hesablarının dondurulması ilə bağlı informasiya yayılmışdı. Və bildirilirdi ki, araşdırma aparılması üçün Ermənistana guya beynəlxalq korrupsiyaya qarşı hansısa orqanın nümayəndələri gəliblər.
"Biz ABŞ səfirliyinə müraciət etdik, amma orada bizə bu informasiyanı nə təsdiq, nə də təkzib etdilər. İndi nümayəndələrin həqiqətən də Ermənistana gəlib-gəlmədiklərini öyrənmək üçün haqqında söhbət gedən təşkilatın özünə müvafiq sorğu göndərməyə çalışırıq", — deyə Zadoyan qeyd edib.
O həmçinin söz verib ki, əlavə məlumat alarsa, bu barədə açıqlama verəcək.
Digər xəbərlər
loading...