Abxaziyada separatçı qurumun yaradılmasının 25 illiyi ilə bağlı tədbirdə Azərbaycana qarşı təxribat baş verib
Qondarma rejimin rəhbəri Raul Xacimba təbrik üçün regiona səfər edən Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri ilə əlaqələr üzrə 4-cü departamentinin direktoru Aleksey Pavlovski və qondarma “Dağlıq Qarabağ Respublikası”nın “xarici işlər naziri” Mais Mailyanı qəbul edib.
Qonaqları eyni zamanda qəbul edən Xacimba Azərbaycanın işğal altındakı ərazilərində yaradılan qondarma rejimin nümayəndəsinə və rusiyalı diplomata təşəkkürünü bildirib.
“Sputnik-Abxazia” saytının məlumatına görə, özünü Abxaziya prezidenti kimi təqdim edən Raul Xadjimba ilə görüşdə Rusiya XİN-nin 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovski, qondarma Dağlıq Qarabağ, Dnepryanı və Cənubi Osetiya rejimlərinin nümayəndələri iştirak ediblər. Qondarma rejimin nümayəndəsinin Rusiya XİN-nin nümayəndəsi ilə qarşı-qarşıya oturmasını necə qiymətləndirmək olar?
Hikmət Hacıyev saytımıza açıqlamasında sualımızı bu cür cavablandırıb.
“Bunu regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndiririk. Bu heç bir halda regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün etimadın qurulmasına xidmət edən addım deyildir. Əksinə, regionda ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir. Diplomatik kanallarla etirazımız və ciddi narahatlığımız Rusiya XİN-ə çatdırılacaq”.
Digər xəbərlər
loading...