Rusiya Müdafiə Nazirliyi ölkənin Hərbi Dəniz Donanmasının (HDD) arsenalında olan yeganə ağır aviadaşıyan kreyser “Admiral Kuznetsov”-un təmirə yollanacağı xəbərini təsdiq edib. Rusiya mənbələrinə görə, gəmi 2021-ci ildə yenidən istismara qayıdacaq
Kütləvi İnformasiya Vasitələrinin məlumatına görə, köhnəlmiş gəminin modernləşdirilməsi Rusiyaya 55-62 milyard rubla (736-829 milyon avroya) başa gələcək. Təmir işləri Severodvinsdəki “Zvezdoçki” müəssisəsinin Murmansk filialı olan gəmi təmiri zavodunda həyata keçiriləcək.
Modernləşmə ilk növbədə əsas enerji qurğusuna aid olacaq. Burada qazan trubin qurğusunun yerinə daha müasir model quraşdırılacaq. Həmçinin, hələ sovet dövründə quraşdırılmış “Mars-Passat” (NATO təsnifatında “Skay Uotç”) radioelektron kompleksi də dəyişdiriləcək. Digər yenilənmələr uçuş-qalxma göyərtəsinə toxunacaq. Uçuş-eniş avadanlıqları, aerofinişlər və eniş texnikası üçün nəzərdə tutulmuş illyuminasiya sistemləri də yeniləcək.
Mənbələrin bildirdiyinə görə, aviadaşıyanın silah sistemi indiki mövcud zenit raket kompleksi “Kinjal”-dan (Sa-N-9) məhrum ola bilər və onun yerini hava müdafiəsi sistemi “Pansir-M” və anoloji yerüstü “C1” sisteminin dəniz varianti yerləşdirilə bilər. Bundan başqa anoloji yerüstü kompleksin dəniz variantı hesab edilən orta mənzilli “Vityaz/Redut” raket kompleksi də quraşdırılcaq. Gəminin raket kreyseri olmasına baxmayaraq, o yerüstündə bazalaşdırılmış “Kalibr” raketləri ilə təchiz olunmayacaq və indiki mövcud gəmilər əleyhinə “Qranit” raketləri ilə təchiz ediləcək.
Şimal dənizi donanmasının tərkibində olan və bu yaxınlarda İŞİD-ə qarşı missiya ilə Suriyaya göndərilən “Admiral Kuznetsov” bu sinifdən olan ilk gəmi kimi 1980-ci illərin ortasında Nikolayaev şəhərindəki (bu gün Ukrayna ərazisidir) gəmiqayırma zavodunda inşa olunub. Gəmi Sovet İttifaqının dağılması ilə əlaqədar olaraq müdafiə büdcəsinin əhəmiyyətli dərəcədə ixtisar edilməsinə görə istismara 1995-ci ildə verilib. Analitiklər bu aviadaşıyanı xeyli köhnəlmiş gəmi hesab edirlər. “Admiral Kuznetsov” maksimum 52 təyyarə və vertolyot daşıya bilər. Ona yüklənmiş aviaqrupa çoxfunksiyalı göyərtə qırıcısı “Su-33” (NATO təsnifatına görə “Flanker D”) çoxməqsədli “Mig-29K” və “Ka-27”, ”Ka-29” vertolyotları daşıya bilər.
Bəşər Əsəd hökumətini müdafiə etmək məqsədiylə Suriyada keçirilən əməliyyatlar zamanı “Admiral Kuznetsov”-un gövdəsindən 420 aviahücum həyata keçirilib və nəticədə 1252-dən artıq terrorçu obyekti məhv edilib. Rusiyanın aviadaşıyanı öz üzərinə götürdüyü tapşırığı 2017-ci ilin 6 yanvarında yerinə yetirib qurtarıb və bir aydan sonra öz dislokasiya mərkəzinə qayıdıb. Suriyadakı əməliyyatlar zamanı “Admiral Kuznetsov” bir təyyarə itirib: ”Mig-29K” eniş zamanı sürüşərək göyərtədən aşağı düşmüşdü. Təyyarənin pilotu katapult edə bilmişdi.(azpolitika.info)
Digər xəbərlər
loading...