“Kasıb ailədə doğulsam da, valideynlərimə kömək etməyə çalışmışam. Onların arzularını həyata keçirməyə dəstək olmuşam. 13-14 yaşımda çörək satırdım, işləyirdim. Eyni zamanda isə məktəbə gedirdim. İşdən sonra gəlib dərs edirdim”
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Sevda Yahyayeva “Sənətsevər” verilişində deyib. Sənətçi həyatından, sənətindən danışıb. O bildirib ki, atasını uşaq vaxtı itirib:
“Atam hərbiçi olub, cəbhə bölgəsində döyüşüb. Atamı çox tez itirmişəm. Ona görə də ailədə hamımız bir-birimizə dəstək olurduq. Çox istəyərdim atam bu uğurlarımı görsün. İnanıram ki, o, göydən mənim uğurlarımı görür.
“Yenu ulduz”dan sonra özümə stop demədim. Başladım bütün restoranların şou-proqramlarında oxudum. “O zaman” mahnım mənə uğur gətirdi, hit oldu. Məni yox, mahnımı tanıyırdılar. İlk qonorarımdan da çox məmnun idim.
Görəndə azlığı, çoxluğu mənə fərq etmirdi. İlk dəfə toya 5 yaşımda getmişəm. Qonşunun toyu idi, nənəm dedi ki, mikrofonu deyəcəm versinlər, oxu. Oxudum, hamının xoşuna gəldi və mənə şabaş da verdilər”.
S.Yahyayeva şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. O, ailə qurmaq istədiyini deyib:
“Həyatda nəyisə asan qazanmaq mənə nail olmadı. Heç nə asan başa gəlmir. İfaçısansa, səhnədəsənsə, sevgi etirafları həmişə olur. Bu da insana xoş təsir edir. Mən də insanam, xanımam, ürəyim var. Desəm ki, sevgi yaşayıram, yalan olar. Amma inanıram ki, mən də sevdiyimi tapacam və xoşbəxt olacam. Bu günə kimi ancaq iş düşünürdüm. Artıq şəxsi həyatı fikirləşirəm. Özümü ana kimi də təsəvvür edirəm. Məndən çox gözəl ana olacaq”.
Digər xəbərlər
loading...