Bakının avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Suraxanı yol qovşağından Hava limanı istiqamətində və əksinə, Bakı-Ələt avtomobil yolunun Bibiheybət məscidi – Bayıl dairəsi istiqamətində, həmçinin Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, bu məqsədlə, sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.
“Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən isə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”,-məlumatda qeyd olunub.
Digər xəbərlər
loading...