Üç nəfərin ölümündə təqsirli bilinən məşhur türk yazar Emrah Serbesin vəkili müttəhimi müayinə edən həkim və onu həbs edən iki polis haqqında iddia qaldırıb
Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, vəkil yazıçı haqqında açılan cinayət işində reallığı əks etdirməyən həkim rəyinin və ağırlaşdırıcı halları nəzərdə tutan yalançı faktların yer aldığını bildirib.
Xatırladaq ki, ötən il İzmirdə Emrah Serbesin idarə etdiyi avtomobil başqa bir avtomobilə çırpılmış, nəticədə ər-arvad və qızları həlak olmuşdu. Cinayəti əvvəlcə Emrah bəyin dostu öz boynuna almış, bir müddət sonta yazıçı gerçəyi etiraf edərək polisə təslim olmuşdu.
E.Serbesin maşını idarə edərkən içkili olduğu iddia edilir.
Digər xəbərlər
loading...