"NATO ölkələri ÜDM-in 2 yox, 4 faizini müdafiə xərclərinə yönəltməlidir"
Bunu ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə bildirib.
“Daha çox çalışmalıyıq. Biz hələ də 20 ölkənin müdafiə xərclərini 2 faizə çatdırmasını gözləyirik. Amma 2 faiz çox azdır, bu göstərici əslində 4 faiz olmalıdır”, - deyə D.Tramp qeyd edib.
Yens Stoltenberq isə bu məsələdə liderlik etdiyinə görə ABŞ-a minnətdarlıq bildirib.
Qeyd edək ki, NATO büdcəsinin böyük hissəsini ABŞ təmin edir.
D.Tramp dəfələrlə alyansı tənqid edərək, müttəfiqlərdən üzvlük haqqını artırmağı tələb edib.
Digər xəbərlər
loading...