Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. MilliYol.Az xəbər verir ki, Monakoda baş tutan mərasimdə 48 komanda 12 qrupa bölünüb.
Azərbaycanın turnirdəki təmsilçiləri - "Qarabağ"la "Qəbələ" də rəqiblərini tanıyıb.
Ötən il olduğu kimi yenə qrup mərhələsində yarışacaq "Qəbələ" C qrupunda Belçikanın “Anderlext”, Fransanın “Sent-Etyen” və Almaniyanın “Maynts” klubları ilə mübarizə aparacaq.
Ardıcıl 3-cü dəfə bu mərhələyə vəsiqə qazanan "Qarabağ" isə J qrupunda “Fiorentina” (İtaliya), PAOK (Yunanıstan) və “Slovan”la yarışacaq.
A qrupu: “Mançester Yunayted” (İngiltərə), “Fənərbaxça” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Zarya” (Ukrayna).
B qrupu: “Olimpiakos” (Yunanıstan), APOEL (Cənubi Kipr), “Yanq Boyz” (İsveçrə), “Astana” (Qazaxıstan).
C qrupu: “Anderlext” (Belçika), “Sent-Etyen” (Fransa), “Maynts” (Almaniya), “Qəbələ” (Azərbaycan).
D qrupu: “Zenit” (Rusiya), “AZ Alkmaar” (Hollandiya), “Makkabi” (Təl-Əviv, İsrail), “Dandalk” (İrlandiya).
E qrupu: “Viktoriya” (Çexiya), “Roma” (İtaliya), “Austria” (Vyana, Avstriya), “Astra” (Rumıniya).
F qrupu: “Atletik" (Bilbao, İspaniya), “Genk” (Belçika), “Rapid” (Vyana, Avstriya), “Sassuolo” (İtaliya).
G qrupu: “Ayaks” (Hollandiya), “Standart Liec” (Belçika), "Standart" (Belçika), “Panatinaikos” (Yunanıstan).
H qrupu: “Şaxtyor” (Ukrayna), “Braqa” (Portuqaliya), “Gent” (Belçika), “Konyaspor” (Türkiyə).
İ qrupu: “Şalke” (Almaniya), “Zalsburq” (Avstriya), “Krasnodar” (Rusiya), “Nitsa” (Fransa).
J qrupu: “Fiorentina” (İtaliya), PAOK (Yunanıstan), “Slovan” (Liberets, Çexiya), “Qarabağ” (Azərbaycan).
K qrupu: “İnter” (İtaliya), “Sparta” (Çexiya), “Sauthempton” (İngiltərə), “Hapoel” (Beer-Şeva, İsrail).
L qrupu: “Vilyareal” (İspaniya), “Styaua” (Rumıniya), “Sürix” (İsveçrə), “Osmanlıspor” (Türkiyə).
MilliYol.Az
Digər xəbərlər
loading...