“Prodüserlərin müğənnilərə təklifi: məşhur olmaq istəyirsənsə, soyun. Bəs, müğənnilər buna niyə razı olurlar? Çünki ağılları yoxdur”
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Sevinc Musayeva sosial şəbəkədə yazıb. Sənətçi son günlər efirlərdən uzaq gəzməsinin səbəbini açıqlayıb. O bildirib ki, məşhur olmaq üçün prodüserlər müğənnilərə açıq-saçıq təkliflər edirlər:
“15 ildir bu hadisələrlə mübarizə aparıram. "Gündəmdə yoxsan" sözlərinə belə cavab verməlisən: gündəminin səhnəsində Elza Seyidcahan kimi çox ağıllı olmalısan, Maral Tahirqızı kimi özünü gicliyə qoymalısan. Ya da “üzdəniraqlardan” prodüser tutmalısan. Ya sponsorla yatmalısan, ya da idmançı oğlanlardan özünə sevgili, ər tutmalısan. Sən də ailə qurmalısan, tez də boşanmalısan. “Lezva” mahnı oxuyub, özünə əl qatmalısan. Səhnədə meymun kimi qaçmalısan, alt paltarını reklam etməlisən. Belə dəlixanadan necə baş çıxartmalısan? Mənim kimi ayda-ildə bir dəfə mahnı oxumalsıan”.
Digər xəbərlər
loading...