“Ermənistan Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına sadiqdir”
Publika.az “news.am” saytına istinadən xəbər verir ki, bu haqda Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.
“Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində və həmsədr ölkələrin təklifləri əsasında Dağlıq Qarabağ probleminin sülh nizamlanması kursuna sadiq qalır. Bunun üçün 2016-ci il aprel döyüşlərindən sonra əldə olunmuş razılaşmaları həyata keçirmək lazımdır”, - Tiqran Balayan vurğulayıb.
Digər xəbərlər
loading...