May ayının 18-dən iyunun 18-dək Azərbaycanda “İnsan Hüquqları Aylığı”nın keçiriləcək
Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı Ombudsman dövlət orqanlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna məktubla müraciət edib.
Hər il keçirilən bu aylıq çərçivəsində dövlət qurumları, QHT və KİV-lər, icmalar və beynəlxalq təşkilatlar tərəfindən insan hüquqları sahəsində səmərəli əməkdaşlığın davamı olaraq, ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icraatda olan müddəaları əsasında respublikanın bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil olunur.
Belə aylıqların keçirilməsi əhalinin müxtəlif qruplarının hüquqi maarifləndirilməsi, onların hüquq düşüncəsinin inkişaf etdirilməsi ilə yanaşı, pozulmuş hüquqların bərpasına və vətəndaş cəmiyyətinin inkişafına xidmət edir.
Bununla yanaşı, “İnsan Hüquqları Aylığı” çərçivəsində müvafiq qurumlar tərəfindən əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda konfrans və müxtəlif maarifləndirmə tədbirlərinin təşkili və görülən işlər haqqında məlumatlar, insan hüquqlarının daha səmərəli təmini ilə əlaqədar təkliflər 11 iyun 2018-ci il tarixədək Ombudsmana təqdim edilməlidir.
Aylığın nəticələri ümumiləşdirilərək təhlil olunacaq və ictimaiyyətə açıqlanacaq.
Digər xəbərlər
loading...