Bakıda və rayonlarda bankomatları yarmaqda və külli miqdarda pul oğurlamaqda təqsirləndirilən polis əməkdaşı Xəyal Rüstəmov, eləcə də Orxan Əhmədov, Rizvan Ağayev və Elməddin Zülfüqarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, təqsirləndirilən şəxslərdən Xəyal Rüstəmov Beyləqan rayon Polis şöbəsinin əməkdaşı olub və Binəqədi rayonuna ezam edilib, burda çalışırmış.
İş məhkəmə baxışına verilib. Proses mayın 31-də davam edəcək.
Qeyd edək ki, Orxan Əhmədov Xətai rayonunda quraşdırılmış bankomatı qaynaq aparatı ilə kəsib içindən 40 min manat oğurlayıb. Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat axtarış tədbirləri nəticəsində İmişli onun bu əməli tək törətmədiyi üzə çıxıb. Bəlli olub ki, Orxan Əhmədova bankomatları yarmaqda Rizvan Ağayev, Xəyal Rüstəmov və Elməddin Zülfüqarov kömək edib. Onların Xətai rayonu, Əhmədli kəndində bələdiyyə binasında yerləşən bankomatı yararaq 51 min 200 manat oğurlaması da üzə çıxıb. Orxan Əhmədov və digər şəxslər başqa-başqa vaxtlarda özünün əvvəlcədən seçdikləri və pulla dolu olan bankomatları hədəf seçib. Onlar pensiya və müavinətlərin verildiyi vaxtı əvvəlcədən müəyyən edirmiş və kəndlərdə, insanların az olduğu yerlərdə özünə məxsus aparatlarla bankomatları gizli formada kəsərək pulları ələ keçiriblər.
Digər xəbərlər
loading...