Rusiyada fəaliyyət göstərəm Rusiya Erməniləri İttifaqı (REİ) buraxılır
Musavat.com-un rus mediasına istinadla verdiyi xəbərə görə, bu ölkədə ermənilərin yeni diaspor təşkilatı fəaliyyət göstərəcək. Moskvadakı mənbələrin verdiyi məlumata görə, “Spyurk” adlanacaq qurumun artıq formalaşmasına başlanılıb.
Moskvada fəaliyyət göstərən Azərbaycan Mədəniyyətinin İnkişaf və Dirçəliş Fondunun sədri Şamil Tağıyevin məlimatına görə, Paşinyanı bu addımi atmağa səbəb Ermənistanda baş verən məxməri inqilab zamanı REİ-nin gözləmə mövqe tutması, hətta inqilab tərəfdarlarının Moskvadakı bəzi tədbirlərinə Ara Abramyan tərəfindən müdaxilə edilməsi olub.
Paşinyan da məhz bundan qəzəblənib. Məlumata görə, Abramyana erməni diasporası adından danışmaq qasağan edilib. Yaxın vaxtlarda isə “Spyurk”un strukturları formalaşdırılacaq.
Digər xəbərlər
loading...