İsrailin baş naziri Binyamin Netanyahunun böyük oğlu Yair İnstaqram səhifəsində Türkiyə bayrağını paylaşaraq, “Fuck Turkey” (Türkiyəni təhqir edin) şərhini yazıb
Virtualaz.org-un məlumatına görə, Yairin bu addımı İsrail və xarici ölkələrin mətbuatında geniş əks-səda yaradıb. Bundan sonra “Kan Bet” radiosuna açıqlama verən baş nazir bildirib ki, oğlu müstəqil şəxsdir və onun sosial şəbəkələrdə istənilən qeydi paylaşmaq haqqı var.
Qeyd edək ki, bu, Yairin mətbuatın diqqətinə düşməsinə şərait yaradan ilk hal deyil. Sentyabrda o, Corc Soros, keçmiş müdafiə naziri Ehud Barak, jurnalist Eldad Yanivin karikaturasını çəkərək paylaşmışdı. Karikaturada bu şəxslərin hər birinin Sorosdan asılı olduğu əks edilmişdi.
Amma sərt tənqidlərdən sonra o, üzr istəyərək, karikaturanı silmişdi.
Digər xəbərlər
loading...