Avropa Liqasında "pley-off" mərhələsinin cavab oyunları keçirilir. MilliYol.Az xəbər verir ki, turnirdə çıxış edən “Qarabağ” cavab matçına evdə çıxıb.
Azərbaycan çempionu İsveçin “Göteborq” klubunu qəbul edib. İlk oyunda 0:1 hesabı ilə yenilən "Qarabağ" evdə rəqibini darmadağın edib 3:0. Bununla da təmsilçimiz ardıcıl üçüncü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Avropa Liqası
Pley-off
Cavab oyunu
25 avqust
Qarabağ (Azərbaycan) - Göteborq (İsveç) 3:0
Qollar: Rəşad Sadıqov, 19. Muarem Muarem, 26. Dani Quintana, 51
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 99. Dani Quintana.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 6. Dino Ndlovu, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələskərov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov.
Baş məşqçi: Qurban Qurbanov.
Göteborq: 1. Con Alvbeyc, 2. Emil Salomonsson, 3. Skott Yamieson, 6. Sebastian Eriksson, 7. Mads Albaek, 8. Soren Riks, 9. Yakop Ankersen, 10. Tobias Hisen, 16. Mikael Boman, 28. Tomas Ronye, 30. Matias Byarsmir.
Ehtiyat oyunçular: 12. Pontus Dalberg, 11. Martin Smedbeg, 13. Elias Omarsson, 14. Hyallmar Yonsson, 18. Lauson Sabah, 24. Tom Petterson, 27. Billi Nordström.
Baş məşqçi: Yörgen Lenartsson.
Hakimlər: Vladislav Bezborodov, Valeri Dançenko, Maksim Qavrilin, Kirill Levnikov (Rusiya).
Hakim-isnpektor: Mixael Tomas Ross (Şimali İrlandiya).
UEFA nümayəndəsi: Conni Vanspaun (Belçika).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
MilliYol.Az
Digər xəbərlər
loading...