font color=red>Bu ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,2% artaraq 22 969 mln. manata çatıb
“Report” bu barədə Dövlət statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, I rübün yekunda ölkədə iqtisadi artım 2,3% təşkil etmişdi. Başqa sözlə, artım tempi zəifləyib.
4 ay ərzində tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. Nəqliyyat və anbar təsərrüfatı sahələrində əlavə dəyər istehsalı 9,5%, informasiya və rabitə sahələrində 7,8%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,3%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 3,5%, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5%, sənayedə 1,1%, digər xidmət sahələrində 0,8% artıb, tikintidə isə 10,4% azalıb.
İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,1% artıb, neft sektorunda isə 0,1% azalıb.
ÜDM istehsalının 48,4%-i sənayedə, 9,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,7%-i nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,9%-i tikintidə, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrində, 14,0 %-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,0 %-ini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 2 346 manata bərabər olub.
Digər xəbərlər
loading...