Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri, baş nazirin müavini Əli Həsənov qaçqınların son aksiyalarının arxasında məhz onun durduğu barədə deyilənləri təkzib edib
Virtualaz.org xatırladır ki, dünən Dövlət Komitəsinin binası qarşısında bir qrup qaçqın toplaşıb və onlar mənzil problemlərininin həll olunmasını, eləcə də müavinətlərinin ödənməsini tələb ediblər.
Bundan dərhal sonra yerli KİV-də “Əli Həsənov qaçqınları xələfinin üstünə qaldırdı” başlıqlı yazı dərc olunub. Yazıda vurğulanıb ki, köçkünlərin “Qaçqınkom”un qarşısına toplaşmasını məhz Ə. Həsənov təşkil edib.
“Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində adətən hər ayın 15-i qəbul günüdür. Dövlət Komitəsi məcburi köçkün soydaşlarımızın rəsmi müraciət yeri olduğu üçün həmin günlərdə iştirakçıların çox sayda olması normal haldır və bu proses 20 ildən artıq bir müddətdə mütəmadi davam edib", - deyə Ə.Həsənov irəli sürülən iddianı təkzib edərkən bildirib.
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırarkən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin edib və hamı kimi mən də bu təyinatı çox uğurlu sayaraq ona hörmətlə yanaşıram. Yeni sədrə bildirmişəm ki, nə vaxt mənim məsləhətimə və yardımıma ehtiyacı olsa, hər zaman ona kömək etməyə hazıram", - deyə APA Ə. Həsənovun açıqlamasından sitat gətirib.
Digər xəbərlər
loading...