Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Maykl Pompeo bu il iyunun 4-də Vaşinqtonda görüşəcək
“Report” xəbər verir ki, bu məlumatı “Haberler” saytı yayıb.
Qeyd edək ki, Mövlud Çavuşoğlu ilə ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson arasında bu ilin martın 19-da Vaşinqtonda görüşün keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq dövlət katibi istefa verdiyindən bu görüş təxirə salınmışdı.
Digər xəbərlər
loading...