Bu gün İsrailin Ankaradakı səfiri Türkiyəni tərk edib
Ötən gün Türkiyə Xarici İşlər Nazirliyinə çağırılan diplomatdan ölkəni tərk etmək tələb olunmuşdu.
Yerli KİV-in yazdığına görə, bu gün İsrailin Ankaradakı baş konsulu da ölkədən çıxacaq. Bir qədər əvvəl isə İsrailin İstanbuldakı baş konsuluna analoji çağırış edilmişdi.
Xatırladaq ki, mayın 15-də Türkiyənin Baş naziri Binəli Yıldırım müsəlman ölkələrini İsraillə münasibətlərinə yenidən baxmağa çağırıb.
Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. Mayın 14-də İsrail əsgərləri aksiya iştirakçılarına atəş açıblar. Qarşıdurma nəticəsində 55 fələstinli ölüb, 2700-ü yaralanıb.
Digər xəbərlər
loading...