“Bayıl yaşayış sahəsi, Buxta küçəsində dağılmış, təhlükəli vəziyyətlə üzləşmiş evlərlə bağlı Fövqəladə Hallar Nazirliyinin və Nazirlər Kabinetinin mütəxəssisləri tərəfindən araşdırmalar aparılır, müvafiq qərar qəbul ediləcək”
APA-nın xəbərinə görə, bunu Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
O bildirib ki, evlər sovet vaxtı tikilib, ərazidə özbaşına tikili yoxdur, evlərin sənədləri var: “İlkin ehtimala görə, evlərin resursu bitib”.
İH başçısı qeyd edib ki, bir bina 1 il öncə qəzalı vəziyyətinə düşdüyü üçün sakinlər Nazirlər Kabinetinin qərarı ilə köçürülüb, onlara kompensasiya verilib: “İndi bu məsələyə də baxılacaq, ərazi nəzarətdədir”.
Digər xəbərlər
loading...