Çərşənbə axşamı, 18 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Avropa Şurası Səməd Seyidova qarşı sanksiya qəbul etdi


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan barəsində araşdırma aparan müstəqil komitəsi Səməd Seyidov başda olmaqla 4 deputatın mandatının dondurulması barədə qərar qəbul edib

Sanksiya Səməd Seyidovdan başqa Sezar Florina Predaya, Pedro Aqramunta və Cordi Xuclıya da  toxunub.

Ukrayna nümayəndə heyətinin başçısı Vladimir Aryevin “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində qeyd etdiyi kimi, bu qərar AŞPA-dakı ölkələrin nümayəndəliklərinə şamil edilmir.

Sanksiyalar Pedro Aqramunta müşahidə  missiyalarında iştirak etməyi və 10 il ərzində məruzəçi vəzifəsini tutmağı qadağan edir. Analoji qadağa Seyidov, Preda və Xuclı  barəsində 2 il müddətinə tətbiq olunacaq.

Onu da qeyd edək ki, Komitənin qərarı son hədd deyil və mayın 16-da rəsmi informasiyanın yayılacağı gözlənilir.(virtualaz.org)
Etiket:

loading...