Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun avtomobil karvanı atəşə tutulub
Hadisə CHP sədrinin Artvin Şavşat rayonundan Ardanuç rayonuna getdiyi zaman Yanıklı kəndi yaxınlığında törədilib.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kılıçdaroğlu təhlükəsizlik səbəbilə maşında saxlanılıb.
Kılıçdaroğlunun mühafizəçiləri cavab atəşi açıblar. Hadisə yerinə təcili yardımlar çağırılıb.
Məlumatda qeyd edilir ki, Kamal Kılıçdaroğlu, Artvin proqramını həyata keçirmək üçün təyyarə ilə Qarsa gəlib. Buradan avtomobil yolu ilə Artvinin Şavtaş rayonuna keçən Kılıçdaroğlu rayon mərkəzində xalqa müraciət edib. Artvinə getmək üçün yola çıxan CHP liderinin dəstəsi, Ardanuç rayonu yaxınlarına gələndə, kortejə atəş açılıb.
Kılıçdaroğlunun mühafizəçiləri dərhal hərəkətə keçərək, cavab verib.
Təhlükəsizlik qüvvələri atəş açanların tutulması üçün əməliyyata başlayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...