Sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Salyan rayonunda 2 zavod inşa etdirir
Unikal.org-un əldə etdiyi məlumata görə, Hüseynqulu Bağırov rayonun Xıdırlı kəndində Zeytun Yağı Emalı zavodu və Quru meyvələr hazırlanması üçün müəssisə tikdirir.
Məsələ ilə bağlı açıqlama verən Salyan Rayonu Xıdırlı kənd icra nümayəndəsi Elçin Nəzirov keçmiş nazirin müəssisə tikdirməsini təsdiqləyib:
"Mən özüm də Hüseynqulu müəllimi görmüşəm. Özü işlərin gedişi və tikinti işləri ilə şəxsən maraqlanır. 2 zavod tikilib. Bunlar Zeytun yağı emalı və Meyvə qurusu zavodlarıdır. Hazırda Zeytun yağı emalı zavodunun inşası prosesi yekunlaşır. Təxminən iyun ayının əvvəli açılışı olmalıdır. 4 saylı yaşıllaşdırma idarəsinin saldığı zeytun ağaclarının meyvələrindən zavodda istifadə ediləcək. Həmin bu ekologiya idarəsinin əkdiyi ağacların zeytunları əvvəllər Hövsan qəsəbəsinə göndərilirdi. İndi bura veriləcək və burada zeytun yağı emal olunacaq”.
Digər xəbərlər
loading...