“Azad Həmfikirlər” məişət zorakılığına məruz qalmış uşaq və gənclərə maarifləndirici treninqlər keçirəcək
“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi ictimai birliyi “Məişət zorakılığına məruz qalmış uşaq və gənclərin reabilitasiyası və maarifləndirilməsi üçün treninqlərin keçirilməsi” layihəsinin icrasına başlayıb.
Bu barədə təşkilatın sədri Samira Mustafayeva məlumat verib.
O qeyd edib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 3 ay müddətində həyata keçiriləcək.
Layihə zorakılığa məruz qalmış uşaq və gənclər üçün hüquqi və psixoloji reabilitasiya yardımı göstərilməsinə həsr olunub.
Bu da zorakılığa məruz qalan uşaq və gənclərin peşəkar mütəxəssislər tərəfindən psixoloji durumunun yaxşılaşdırılmasına, uşağın adaptasiya olunmasına və özünə inamın artırılmasına əsaslı dərəcədə töhfə verməklə, uşaqlara qarşı zorakılığın aradan qaldırılmasına yardım edəcək.
Layihə Göyçay rayonunda 150 nəfər uşağa və onların ailələrinə psixoloji və sosial xidmətlərin göstərilməsin nəzərdə tutulur.
Digər xəbərlər
loading...