Azərbaycan ilə Türkiyə arasında yerinə yetirilən reyslərin sayı 3 dəfə arta bilər
Virtualaz.org Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə istinadən bildirir ki, Türkiyədə keçirilən Aviasiya üzrə Beynəlxalq Konfransda iki ölkənin nümayəndə heyətləri bu məsələ ilə bağlı təkliflər mübadiləsi apararaq Protokol layihəsini tərtib ediblər. Hazırda hava əlaqəsinin liberallaşdırılması şərtləri hər iki tərəfin aviasiya qurumları tərəfindən öyrənilir.
Son qərarın verilməsi və Protokolun imzalanması Azərbaycan Respublikası ilə Türkiyə Respublikasının mülki aviasiya orqanları arasında milli aviaşirkətlərin iştirakı ilə ikitərəfli məsləhətləşmələrin keçirilməsindən sonra ən yaxın zamanda baş tuta bilər.
Digər xəbərlər
loading...