İsrail ordusu, polisi və xüsusi təyinatlıları Qəzza sektorunda yaranan gərginliklə bağlı ən yüksək hazırlıq vəziyyətinə gətirilib
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə baş nazir Binyamin Netanyahunun dəftərxanasından məlumat yayılıb.
Netanyahu olaylardan sonra güc strukturları ilə keçirdiyi müşavirə nəticəsində bu qərarı verib.
"İsrail ordusu, Ümumi Təhlükəsizlik Xidməti və polis yüksək hazırlıq rejiminə keçirilib”, - məlumatda bildirilib.
Netanyahu İsrail ordusunun ölkənin sərhədlərini qoruduğunu bildirib və qətliama haqq qazandırıb.
Qeyd edək ki, ötən gün İsrail ordusunun açdığı atəş nəticəsində, son məlumata görə, 59 fələstinli ölüb, 3 minə yaxın insan yaralanıb.
Digər xəbərlər
loading...