Misir millisinin baş məşqçisi Ektor Kuper Rusiyada keçiriləcək dünya çempionatı üçün komandanın ilkin heyətini açıqlayıb
MilliYol.Az goal.az-a istinadən xəbər verir ki, siyahıda 29 futbolçu yer alıb. Onlardan 6-sı daha sonra ixtisar ediləcək.
İlkin heyətdə yer alan Əhməd əl-Şənavinin mundiala getməyəcəyi dəqiqdir. Misirli qapıçı zədəlidir.
Topuğunda problemlər yaşayan "Arsenal"ın yarımmüdafiəçisi Məhəmməd əl-Nenninin də turnirdə oynaması sual altındadır.
Misir millisinin ilkin heyəti:
Qapıçılar: Essam Əl-Hadari, Əhməd əl-Şənavi, Şərif Əkrəmi, Məhəmməd Auad
Müdafiəçilər: Əhməd Fəthi, Əhməd Əl-Məhəmmədi, Məhəmməd Abdel-Şafi, Əhməd Xeqazi, Əli Habr, Ömər Qaber, Saad Samir, Ayman Əşrəf, Kərim Hafiz, Amro Tarek, Məhmud Həmdi
Yarımmüdafiəçilər: Məhəmməd Əl-Nenni, Abdallah Said, Mahmud Fadlallah, Mahmud Həsən "Trezeqe", Ramadan Sübhi, Tarik Hamid, Abdel Əziz, Məhmud Abdel-Muneym "Kəhrəba", Amr Varda, Sem Mursi
Hücumçular: Məhəmməd Salah, Maruan Muhsin, Əhməd Həssən, Əhməd Qomaa
Misir dünya çempionatında A qrupunda mübarizə aparacaq. Onların rəqibləri Rusiya, Uruqvay və Səudiyyə Ərəbistanı olacaq.
Digər xəbərlər
loading...