Yeni Bakı limanı Azərbaycanın nəqliyyat potensialının möhkəmləndirilməsində önəmli rol oynayacaq
MilliYol.Az Trend-ə istinadən bildirir ki, bunu Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev limanın əməkdaşları və inşaat şirkətlərinin nümayəndələri ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: "Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilir. Bu gözəl hadisə münasibətilə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əminəm ki, yeni Bakı limanı ölkəmizin nəqliyyat potensialını möhkəmləndirilməsində önəmli rol oynayacaq.
Limanın tikintisi ilə bağlı bir neçə il bundan əvvəl qərar qəbul etmişəm. Bilirdim, görürdüm ki, Azərbaycanın çox böyük nəqliyyat, tranzit potensialı olacaqdır, ölkəmiz sürətlə inkişaf edəcəkdir. Belə bir qərarın qəbul edilməsi göstərdi ki, bizim siyasətimiz uzaqgörən siyasətdir, düşünülmüş siyasətdir".
Digər xəbərlər
loading...