Aparıcı-aktyor İlkin Həsəninin uşaq qidasından şikayət edib
Axşam.az-ın məlumatına görə, 2 aylıq qızı Alisaya qida alan aparıcı onun keyfiyyətsiz olduğunu bildirib.
Bu haqda "Facebook"da yazan İlkin qidanı geri qaytarmaq istəsə də, cəhdinin baş tutmadığını söyləyib:
“Bu yaxınlarda Hökumət Evinin arxasında yerləşən mərkəzi aptekdən Almaniya istehsalı olan “Aptamil” uşaq qidası aldım. Bundan öncə də bu qidadan istifadə etdiyimiz üçün bu bağlamanı açanda xoşagəlməz qoxunu və bağlamadakı şişkinliyi hiss edib qidanı geri qaytarmaq istəsəm də, alınmadı.
Qutu bir neçə gün aptekdə qaldıqdan sonra “Biz firmaya göndərdik, onlar da dedi ki, hər şey qaydasındadır” cavabını aldım. Eyni qidanı Alman aptekindən aldım, qoxusunda yerlə göy qədər fərq var.
İndi siz mənə deyin, görüm, bu qidanı hansı laboratoriyada yoxlatdıra bilərəm? İnanın ki, bəlkə də, mənim özümə saxta və ya vaxtı keçmiş dərman satsaydılar, heç vaxt bu haqda yazmazdım, amma məsələ uşaqdırsa və onun qidasıdırsa, o zaman başqa məsələ!”.
Digər xəbərlər
loading...