“Sahibkar Qadınlar” ictimai birliyi “Qeyri-rəsmi işləyən imkansız qadınların əmək münasibətlərinin rəsmiləşdirilməsinə dair maarifləndirmə işinin aparılması və praktik hüquqi dəstəyin verilməsi” layihəsinin icrasına başlayıb
Bu barədə təşkilatın sədri Zenfira Ağayeva məlumat verib.
Layihə rəhbəri qeyd edib ki, layihənin əsas mahiyyəti qeyri-rəsmi işləyən imkansız qadınların qeyri-rəsmi məşğulluqlarını rəsmiləşdirilməsinə dair maarifləndirilməsinə kömək etmək, onlara praktiki hüquqi dəstək verməkdir.
Layihə az maaşa qeyri-rəsmi işləyən imkansız qadınlar üçün məşğulluğun rəsmiləşdirilməsi qaydalarına dair məlumatlandırma sessiyalarının təşkili, əmək fəaliyyətlərini qanunvericiliyə uyğun rəsmiləşdirmək imkanlarını yaratmaq, bu istiqamətdə praktik texniki hüquqi dəstək vermək haqqındadır.
Layihə Bakı şəhəri,Gəncə və Lənkəran rayonlarında həyata keçiriləcək.
Digər xəbərlər
loading...