"Gürcüstan paytaxtı Tbilisidə gənclərin ikigünlük etirazı milyarder Bidzina İvanişvilinin qeyri-rəsmi idarəetməsi nəticəsində yaranmış dərin dağıdıcı proseslərlə əlaqədardır"
Bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Hollandiyadan "Rustavi 2" telekanalının efirinə canlı bağlantı zamanı bildirib.
"Bu gün Gürcüstanda işsizlik səviyyəsi xüsusilə də gənclər arasında fəlakət dərəcəsindədir. Eyni zamanda oliqarx İvanişvilinin qeyri-rəsmi idarəçiliyi şəraitində həll olunmayan xeyli sayda sosial problemlər var", - M.Saakaşvili deyib.
"Real müxalifətin faktiki məhv edilməsi və bununla da milyarder İvanişvili və onun komandasının hakimiyyətə gəlməsinə görə məsuliyyət hiss edib-etməməsi ilə bağlı" sualı cavablandıran keçmiş prezident hakimiyyət dəyişikliyinin həmçinin onun şəxsi səhvləri səbəbi ilə baş verdiyini açıqlayıb.
"Məhz bu səhvlərə görə Gürcüstana qayıtmaq və onları düzəltmək niyyətindəyəm", - M.Saakaşvili deyib.
Xatırladaq ki, Gürcüstanda M.Saakaşviliyə qarşı bir neçə cinayət işi açılıb.
Digər xəbərlər
loading...