İndoneziyanın Şərqi Yava əyalətində yaşayış evində partlayış baş verib
Trend-in məlumatına görə, partlayış nəticəsində biri yeniyetmə olmaqla 3 nəfər həlak olub. Partlayış anında evdə olan 2 uşaq xəsarət almayıb.
Polis nümayəndələri hesab edir ki, həlak olanlar partlayıcı qurğu hazırlayırmışlar.
Qeyd edək ki, İndoneziyanın Surabaya şəhərində ötən gün 3, bu gün 1 partlayış baş verib. Ötən gün şəhərdə 3 kilsə partladılıb. Partlayışlar nəticəsində 13 nəfər həlak olub, 40 nəfər isə yaralanıb. Həmçinin polis məntəqəsinin girişində motosiklet partladılıb, nəticədə 7 polis əməkdaşı həlak olub.
Digər xəbərlər
loading...