Bu gün Qüdsdə ABŞ səfirliyi açılacaq
“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, diplomatik nümayəndəliyin təntənəli açılış mərasimində 800 nəfər iştirak edəcək.
Proqrama əsasən, mərasim ABŞ-ın dövlət himninin səsləndirilməsi ilə başlayacaq. Sonra ABŞ-ın İsraildəki səfiri Devid Fridman açılış nitiqi söyləyəcək, ravvin və keşiş xeyir-dua verəcək.
ABŞ dövlət katibinin müavini Con Sallivan çıxış etdikdən sonra ABŞ Prezidenti Donald Trampın video-müraciəti nümayiş etdiriləcək.
Daha sonra D.Trampın kürəkəni və müşaviri Cared Kuşner, İsrail Prezidenti Reuven Rivlin və Baş nazir Benyamin Netanyahu çıxış edəcəklər.
Səfirliyin binası yaxınlığında qoyulmuş daş üzərində ABŞ gerbi, D.Tramp və ABŞ-ın vitse-prezidenti Mayk Pensə təşəkkür yazısı ovulub.
ABŞ-ın maliyyə naziri Stiven Mnuçin, Donlad Trampım qızı İvanka Kuşner də açılış mərasiminə qatılacaqlar.
Mərasimi 2 mindən çox polis və sərhədyanı polis döyüşçüləri təmin edəcək.
Digər xəbərlər
loading...