İran prezidenti Həsən Ruhani Ermənistanın baş naziri Nikol Paşinyanla nüvə məsələsini müzakirə edib
Lent.az news.am-a istinadən bildirir ki, Paşinyanı baş nazir seçilməsi münasibəti ilə təbrik edən İran prezidenti onu ölkəsinə rəsmi səfərə dəvət edib. Ruhani Ermənistanın yeni seçilmiş baş naziri ilə nüvə böhranı haqqında da fikir mübadiləsi aparıb.
Nikol Paşinyan ABŞ və Qərb dövlətləri arasında yaranmış nüvə böhranının tezliklə həll ediləcəyinə ümidvar olduğunu deyib.
Ruhani Paşinyanla İran-Ermənistan əlaqələrini bundan sonrakı mərhələdə daha da irəli aparmaq üçün lazımı addimların atılmasını və bunun vacibliyini dilə gətirib.
Digər xəbərlər
loading...