Türkiyə Silahlı Qüvvələrinin yerli və milli texnologiyalara sahib məhsullarla gücləndirilməsi kampaniyası çərçivəsində daha bir layihə həyata keçiriləcək
Ordu təhlükəsiz mobil telefonlarla təmin olunacaq.
Ordu nümayəndələrinin vəzifə başında səsli, görüntülü danışıq, qrup dialoqları və məkanı paylaşmaq kimi funksiyaları bu layihə ilə təminat altına alınacaq və təhlükəsiz şəkildə rabitə üçün şərait yaradılacaq. Mobil telefonların istifadəyə verilməsi ilə Türkiyədə həm də yerli xəbərləşmə proqramı tətbiq ediləcək.
Sözügedən telefonların əsas kritik əməliyyatlarda istifadə edilməsi planlaşdırılır. Bundan başqa, TSQ üçün təhlükəsiz peyk telefonu layihəsi də hazırlanmaqdadır. (publika.az)
Digər xəbərlər
loading...