Hadisə Qirişk şəhərində xüsusi əməliyyat zamanı baş verib
Əfqanıstan ordusuna məxsus vertolyot ölkənin cənubunda yerləşən Hilmənd əyalətində təcili eniş edən zaman qəzaya uğrayıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadən "Pajvak" agentliyi məlumat yayıb.
Hadisə bazar gününə keçən gecə Qirişk şəhəri ərazisində aparılan xüsusi əməliyyat zamanı baş verib. Nazirliyin məlumatına görə, qəzaya texniki nasazlıq səbəb olub. Hava gəmisinin heyət üzvləri enişdən dərhal sonra təhlükəsiz yerə təxliyyə edilib, hərbçilər vertolyotu zərərsizləşdiriblər.
Digər xəbərlər
loading...