“2018-ci ildə Ermənistanda baş verən yaz hadisələri gözlənilən idi”
Bunu virtualaz.org-a açıqlamasında Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti Politologiya Departamentinin dosenti Qevorq Mirzayan deyib.
"Bunun məhz belə olacağını hələ bir neçə əvvəldən görmək olardı. Hakimiyyət əhalinin fikrinə qulaq asmırdı, ölkədə oliqarxat yaradırdı, iqtisadi artımı təmin etmirdi və təbii ki, gərginlik artırdı", - deyə o vurğulayıb.
Ekspertin sözlərinə görə, əhalinin narazılığı bəzi səbəblərə görə ölkə rəhbərliyinə qarşı qiyama qədər böyümədi.
"Birincisi, hamı anlayırdı ki, inqilab Azərbaycanla de-fakto müharibə və Türkiyə ilə münaqişə vəziyyətində olan dövləti çox zəiflədə bilərdi. İkincisi, erməni müxalifəti heç cür birləşə bilmirdi - onun sıralarında "iki erməni - üç fikir - dörd rəhbər" prinsipi hökm sürürdü, üstəlik hakimiyyət də belə birləşmənin alınmaması üçün öz pul kisəsinin ağzını açmışdı. Real etiraz üçün bistabil amili lazım idi və Serj Sarkisyan baş nazir vəzifəsinə namizədliyi məsələsində əl atdığı yalanla əhaliyə belə bir amili vermiş oldu. Serj Sarkisyan insanların əlindən ondan və onunla bağlı olan rəmzlərdən qurtulmağa olan ümidlərini aldı və bu, son damla oldu", - Q.Mirzayan bildirib.
O, Ermənistanda rəhbərliyin ötürülməsinin yumşaq formada reallaşması fikri ilə razılaşmır və Nikol Paşinyanı əhalinin kütləvi etiraz aksiyalarının təzyiqi altında hakimiyyəti qəsb etməkdə ittiham edir.
"Bu, yumşaq formalı ötürülmə deyil, Paşinyan tərəfindən hakimiyyətinin qəsb edilməsidir. Özü də qanunsuz və haqsız. O, ölkədə texniki baş nazir təyin etmək və özünün dövlət başçısı olmaq haqqını seçkilərdə sübut etmək əvəzinə, tərəfdarlarının qanunsuz aksiyaları vasitəsilə parlamentə birbaşa təzyiq göstərib hakimiyyəti qəsb etdi", - ekspert vurğulayıb.
Bundan başqa, onun sözlərinə görə, Paşinyan oliqarxlarla sözləşməyə girib, "hansılarla ki, mübarizə aparmalı idi".
"Baxaq görək, o, erməni iqtisadiyyatının sistemli islahatlarının irəliləyişi işində nə qədər effektiv menecer olacaq (ola bilsin ki, Paşinyan bunu etməyi bacarsın), amma o fakt ki, o hakimiyyətə qeyri-konstitusion yolla gəlib, heç bir şübhə doğurmamalıdır ", - Q.Mirzayan deyib.
Politoloq hesab edir ki, Ermənistan-Rusiya münasibətlərinin sonrakı düzümündə sistemli dəyişikliklər olmayacaq.
Onun fikrincə, Paşinyan Qərb dairələri tərəfindən dəstəklənir, ancaq indiki halda onlar onun arxasında durmurlar: "Onlar onu dəstəkləyirlər, amma çətin ki, arxasında dursunlar. Mən hətta əlavə edərdim ki, Paşinyan tərəfindən hakimiyyətin qəsb edilməsi onlar üçün əlverişli deyil - onlar istəyərdilər ki, hər şey konstitusiya çərçivəsində olsun".
Erməni-Azərbaycan münaqişəsinin nizama salınması mövzusuna toxunarkən, ekspert bu istiqamətdə müsbət addımların atılacağı ehtimalını istisna edib: "Müsbət hərəkətlər gözləməyə dəyməz. Burada açarlar Bakıdadır. Azərbaycan özü üçün münaqişənin hərbi yolla həllinin qeyri-mümkünlüyünü etiraf etməli və yeganə mümkün olan güzəştə - "DQR"in "müstəqilliyinin" (bu və sonrakı dırnaqlar bizimdir-red.) təcili tanınmasına (qoy olsun, lap keçiriləcək referendumun nəticələrinə görə) razılaşmalıdır. Təbii ki, ərazilərin müəyyən hissəsinin eyni təcili formada qaytarılmasına və həm də köçkünlərin təcili yurd-yuvalarına dönməsinə əvəz olaraq".
Onun sözlərinə görə, başqa uğurlu və "ən əsası, həqiqi real danışıq variantları" yoxdur.
"Amma mənfi variantlar ola bilər. Məsələn, əgər Paşinyan reytinqini qaldırmaq xatirinə populist addımlara, tutaq ki, "DQR"in "müstəqilliyinin" birtərəfli qaydada tanınmasına gedərsə. Burada artıq Bakının hərbi yolla cavab verməkdan başqa heç bir variantı qalmayacaq. Ən azı öz simasını qorumaq üçün", - deyə politoloq vurğulayıb...
Digər xəbərlər
loading...