Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür, aramsız yağış yağır, havanın temperaturu 13 dərəcə aşağı düşüb
MilliYol.Az “ARB Şəki”yə istinadən xəbər verir ki, İsmayıllıdan sonra Zaqatalada da güclü yağışlar selə səbəb olub, bir sıra fəsadlar törədib.
Tala çayında suyun səviyyəsinin qalxması nəticəsində Yolayrıc, Höytala, Böhtala kəndlərində həyatyanı sahələri su basıb. Böhtala və Höytala kəndlərini birləşdirən, ötən əsrin 80-cı illərində inşa edilən dəmir konstruksiyalı körpünün bir hissəsi uçub.
Kənd sakinlərinin sözlərinə görə, 50-dən çox evi su basıb. Qoyun, toyuq hamısı məhv olub.
Külək və yağış nəticəsində ağac budaqları və elektrik naqilləri də qırılıb. Axşam saatlarına yaxın Zaqatala Paylayıcı Elektrik şəbəkəsində yüksək gərginlikli yağ açarını ildırım vurub. Nəticədə rayon mərkəzinə və ətraf kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Gecə saatlarından başlayaraq Zaqatala rayon FHN Komissiyasının üzvləri və Müvafiq qurumlar gücləndirilmiş iş rejimində leysan yağışlarının və sel sularının fəsadlarının aradan qaldırılması istiqamətində iş aparır.
Digər xəbərlər
loading...