İraqın güc strukturları şənbə günü səhər tezdən Diyala əyalətində iki terrorçu-kamikadzeni məhv edib
Terrorçular şənbə günü başlayan parlament seçkiləri zamanı seçki məntəqələrindən birinə hücum planlaşdırıblar.
“Report”un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə yerli qanunverici məclisin Təhlükəsizlik Komitəsinin başçısı “Əs-Sumariya” telekanalına bildirib.
Onun sözlərinə görə, terror aktını planlaşdıran radikallar avtomat silahlarla silahlanmış və partlayıcı qurğu ilə dolu olan “kamikazde kəmər”ini taxıblarmış.
Terrorçular səsvermənin başlamasına bir neçə saat qalmış Diyala əyalətinin kənd yaşayış məntəqələrinin birindən bir neçə kilometr aralıda məhv edilib.
Digər xəbərlər
loading...