Bu gün "Baku Elektra Hqqall"da konsert verəcək Türkiyənin məşhur müğənnisi Halil Sezai media nümayəndələri ilə görüşüb
Musavat.com xəbər verir ki, jurnalistlərin suallarına cavab verən ifaçı paytaxtımızda olmaqdan məmnun olduğunu deyib: "Bakıya gələndə daha çox həyəcanlanıram. Azərbaycana 3-cü gəlişimdir. Burada qarşılanma, bizə olan sevgi insanın özünü önəmli hiss etdirir. Konsertdə sevilən mahnılarımı səsləndirəcəyəm. Dünyaca məşhur "Ayrılıq" mahnısını da oxuyacağam. Əslində, axşam bizə Hüsnü Şənləndirici də qatılacaq. Mən sürpriz etmək istəyirdim, amma təşkilatçılar sürprizimi açıqladı".
Müğənni yeni layihələrindən də danışıb: "Yeni albom üzərində çalışıram. Bundan əlavə, "İncir reçeli" filminin üçüncüsünü çəkmək istəyirik. Düşünürəm ki, maraqlı olacaq. Bundan əlavə, Bakıda "Qış nağılı" filmində çəkiləcəyəm".
H.Sezai mahnılarından da danışıb: "Mahnılarım özümü əks etdirir. İçimdəki üsyanı mahnılarımda çatdırıram. Qəlbimi qlranlar çox olub. Onlar içərisində qadınlar, qohumlar, dostlarım da olub".
MilliYol.Az
Digər xəbərlər
loading...