Ukrayna Ali Məhkəməsi Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukrayna prezidenti Pyotr Poroşenkoya qarşı iddia ərizəsi üzrə işə yenidən baxır
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Saakaşvili Ukrayna vətəndaşlığının əlindən alınmasına dair Poroşenkonun verdiyi fərmanın qanunsuz olduğunu və ləğv edilməsini tələb edir. Budəfəki məhkəmə prosesində Saakaşvilinin şikayət ərizəsinə əsasən, şahidlər yenidən dindirilir.
Onların sırasında Ukrayna Dövlət Miqrasiya Xidmətinin rəisi Maksim Sokolyuk da var. Lakin məhkəmə Ukrayna prezidenti yanında Vətəndaşlıq üzrə komissiyanın üzvlərini dindirməkdən imtina edib. Məhkəmə əsas iştirakçıların – ittihamçı Saakaşvili ilə müdafiəçi Poroşenkonun da ifadələrini almaqdan imtina edib.
Qeyd edək ki, 2017-ci ilin iyulunda Poroşenko vətəndaşlıq üçün müraciət edərkən saxta məlumat və sənədlər təqdim etdiyinə görə, Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Nəticədə Saakaşvili Ukraynadan Polşaya readmissiya olunub. Hazırda isə o, Hollandiyadan siyasi sığınacaq alaraq orada yaşayır.
MilliYol.Az
Digər xəbərlər
loading...