İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif mayın 14-də Ruisiyaya səfər edəcək
“Report” xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.
O, səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla ABŞ-ın İranın nüvə sazişindən çıxması məsələsini müzakirə edəcək.
M.C.Zərif mayın 12-də Çinə gedəcək, mayın 15-də isə Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı ölkələrinin ABŞ-ın İranın nüvə sazişindən çıxması məsələsini müzakirə edəcəkləri toplantıya qatılacaq.
Qeyd edək ki, mayın 9-da ABŞ prezidenti Donald Tramp ölkəsinin İranın nüvə sazişindən çıxdığını açıqlayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...