Yevlax rayon Cırdaxan kəndində qeyri-adi toy keçirilib
Axşam.az Unikal.org-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə toydan foto paylaşılıb və qeyd edilib ki, bəyin 12, gəlinin isə 14 yaşı var. Evlənən cütlüyün yaşının az olması isə sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.
Məsələ ilə bağlı Cirdaxan Bələdiyyə sədri Qiyas Həsənov açıqlama verib. O, həmin toyun bələdiyyə sədri olduğu kənddə deyil, rayonun başqa ərazisində baş tutduğunu qeyd edib:
"Yayılan fotodan xəbərimiz var. Sözügedən toy bizim kənddə olmayıb. Həmin toy rayonun başqa ərazisində, qaraçılar yaşayan ərazidə baş tutub. Məndə olan məlumata görə, o şəkil qaraçı toyunda çəkilib”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional Qurupundan verilən məlumata görə, sözügedən hadisə ilə bağlı Yevlax Rayon Polis şöbəsində araşdırma aparılıb. Məlum olub ki, belə bir nikah mərasimi rəsmi olaraq qeydə alınmayıb. Vurğulanıb ki, erkən nikahlarla bağlı qanunvericiliyə uyğun olaraq Daxili İşlər Nazirliyinin daim diqqət nəzarətindədir və hüquqi işlər aparılacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...