Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçiləri – Rüfət Muradov və Anar Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib
“Report”un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə bankın nümayəndəsi hazırkı mərhələdə mülki iddialarının olmadığını deyib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə hər iki şəxs özlərini qismən təqsirli bildiklərini deyib.
Məhkəmədə R.Muradovla A.Vəliyev hazırkı mərhələdə ifadə verməkdən imtina ediblər.
Məhkəmənin növbəti iclası mayın 22-nə təyin edilib.
Qeyd edək ki, R.Muradovla A.Vəliyev vəzifədə işlədiyi dövrdə müştərilərin vəsaitini tamah yolu ilə mənimsəyərək onların, ümumilikdə, 118 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə ittiham olunur.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə, külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham irəli sürülüb.
MilliYol.Az
Digər xəbərlər
loading...