İran prezidenti Həsən Ruhaninin Almaniya kansleri Angela Merkellə telefon danışığının təfərrüatları məlum olub
İran Prezidenti Administrasiyasının yaydığı məlumata görə, söhbət zamanı Ruhani İsrailin Suriyaya havadan raket zərbələri endirməsi məsələsinə toxunmasa da, ölkəsinin bölgədə heç bir formada yeni gərginlik istəmədiyini deyib.
Ruhani, həmçinin ABŞ prezidenti Donald Trampın nüvə sazişindən birtərəfli qaydada çıxmasını beynəlxalq hüquqa zidd addım adlandıraraq, bunun beynəlxalq səviyyədə arzuolunmaz nəticələri və zərərlərinin olacağına dair Merkelə xəbərdarlıq edib.
Həmçinin Almaniya kanslerindən tələb edib ki, Vaşinqtonun bu qərarından sonra Tehranın nüvə anlaşmasında qalmasının faydalı olacağına dair Avropa ölkələri ən qısa zamanda konkret zəmanət verməlidirlər.(azvision.az)
MilliYol.Az
Digər xəbərlər
loading...