«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriyanın Çindəki səfiri İmad Mustafa bəyan edib ki, Dəməşq özünün hava hücumundan müdafiə sistemini möhkəmlədir və özünümüdafiə hüququndan istifadə edərək, İsrail hərbçilərinə gecikmədən cavab zərbələri endirəcək
«Suriya özünün hava hücumundan müdafiəsini möhkəmlətməkdə davam edəcək, İsrailin atdığı istənilən raketi «tutacaq» və vuracaq, İsrailin Suriya hava sərhədlərini pozan istənilən hava obyektinə atəş açacaq. Suriya eyni zamanda, özünümüdafiə hüququndan istifadə edərək, gecikmədən İsrailin hərbi mövqelərinə cavab atəşi açacaq…» – deyə, Mustafa bəyan edib.
Diplomat bildirib ki, İsrailin son zərbələri barədə Dəməşq artıq Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına (BMT TŞ) müraciət edib, amma bu beynəlxalq təşkilatdan «ciddi bir fəaliyyət» gözləmir.
«Suriya ABŞ-ın, Fransanın və Britaniyanın daxil olduğu TŞ-dan çox az şey gözləyir. Biz, artıq TŞ-a məktub göndərmişik, amma bu orqandan ciddi bir fəaliyyət gözləmirik» – Mustafa bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...