Bu dəqiqələrdə Bakının Keşlə qəsəbəsində yerləşən “Bakı İnşaat Sənaye ASC”nin işçiləri zavod qarşısında aksiya keçirir
Hadisə yerində olan AzEuroNews.com əməkdaşının verdiyi xəbərə görə, işçilərin aksiyasına səbəb “Baku Steel Company” şirkətinin sahibi Rasim Məmmədovun bu zavodu qanunsuz olaraq ələ keçirməsidir.
İşçilər bildiriblər ki, zavodda istehsal xətlərinin sökülüb aparılması ilə bağlı məhkəmə qərar çıxarıb. Onlar hesab edirlər ki, bu qərar qanunsuzdur.
Hadisə yerinə xeyli sayda polis əməkdaşı və məhkəmə icraçıları gəlib. İcraçılar və polis zavoda basqın etmək istəyərkən işçilər onlara mane olmağa çalışıb. Bu zaman tərəflər arasında qarşıdurma yaranıb.
AzEuroNews.com-u izləyin, az sonra hadisə ilə bağlı video görüntüləri və geniş informasiyanı sizlərə təqdim edəcəyik.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...