“Atmosfer havasının mühafizəsi üçün bəzi şadlıq evləri və ictimai iaşə obyektlərində müasir standartlara cavab verən qurğu və avadanlıq qurulmalıdır”
“Report” xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat şöbəsinin ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri Umayra Tağıyeva deyib.
O bildirib ki, nazirliyin vəzifəsi əhalini narahat edən bütün problemlərlə maraqlanmaqdır: “Fərq etmir problem böyük şəhərə və ya kiçik bir əraziyə aiddir”.
Sektor müdiri qeyd edib ki, şadlıq evləri və ictimai iaşə obyektlərin fəaliyyəti müəyyən funksiyalar daşıyır: “Obyektlərin çoxalması bəzi sahələrdə inkişafa səbəb olsa da, digər tərəfdən də insanlara mənfi təsir edir. Bu ziddiyyətləri aradan qaldırmaq üçün nazirlik müvafiq işlər görür. Şəhərin mərkəzində olan şadlıq evləri və ictimai iaşə obyektlərində elə də problem olmur. Bu o deməkdir ki, bütün obyektlər yeni cihazlarla təmin olunmalıdır”.
MilliYol.Az
Digər xəbərlər
loading...