«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Birgə hərtərəfli fəaliyyət planı (BHFP) adlanan sazişdən çıxdıqdan sonra, bəyan edib ki, İranla «yaxşı saziş» bağlamaq istəyir
Onun sözlərinə görə, BHFP İranın əlinə nüvə silahının keçməsinin qarşısını ala bilməzdi və nəticədə, Yaxın Şərqin pullu (varlı) digər ölkələri də nüvə silahı əldə etməyin yollarını aramağa başlayardılar.
«Bu, fəlakətə gətirib çıxarardı» – deyə, Tramp bəyan edib.
O, qeyd edib ki, Vaşinqton İrana qarşı ən sərt sanksiyalar tətbiq edir, çünki «nüvə silahı əldə etmək üçün onlara fürsət vermək olmaz».
Bununla yanaşı, ABŞ Prezidenti qeyd edib ki, İranın yalan danışmadığına əmin olmaq üçün amerikalılar onların hərbi bazalarına giriş imkan əldə etməlidirlər.
MilliYol.Az
Digər xəbərlər
loading...